Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Tokio, 16 aprel , /AJMEDIA/

Gürcüstanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) milli müdafiə komitəsinin sədri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti müdafiə naziri İrakli Çikovani ilə görüşüb.

AJMEDIA xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

İrakli Çikovani Gürcüstan və Türkiyə arasında səmərəli əməkdaşlığın regional sülh və sabitlik üçün əsas şərt olduğunu vurğulayıb. Bu kontekstdə strateji əməkdaşlığın önəmi xüsusi qeyd olunub.

Söhbət zamanı tərəflər, həmçinin Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparıblar. Qeyd edilib ki, bu əməkdaşlıqdan məqsəd regional təhlükəsizliyi gücləndirməkdir.

İrakli Çikovani 2024-cü ildə Tbilisinin Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin görüşünə ev sahibliyi edəcəyini diqqətə çatdırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts