Yaponiyada növbəti ümumi seçkilər oktyabrın 31-də keçiriləcək

Tokio, 4 Oktyabr, /AJMEDIA/

Tezliklə Yaponiyanın yeni Baş naziri vəzifəsinə təsdiq ediləcək hakim Liberal Demokratik Partiyanın (LDP) sədri Fumio Kişida parlamentin aşağı palatasına növbəti ümumi seçkiləri oktyabrın 31-nə təyin etmək niyyətindədir.

AJMEDIA xəbər verir ki, bu barədə oktyabrın 4-də NHK və TBS telekanalları LDP-dəki mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, yeni hökumətin başçısı olacaq F.Kişida aşağı palatanı oktyabrın 14-də buraxmağı planlaşdırır. Seçkiöncəsi kampaniyaya isə oktyabrın 19-da start veriləcək.

Qeyd edək ki, sentyabrın 29-da LDP-nin yeni sədri seçilən F.Kişida liberal demokratların böyük üstünlüyə malik olduğu ölkə parlamentində yaxın saatlarda hökumətin yeni başçısı seçiləcək. Bu gün, həmçinin hökumətin yeni tərkibi də elan olunacaq.

Əlavə olaraq qeyd edək ki, Yaponiya parlamentinin yuxarı palatası üzərində hökumət başçısının seçilməsi və dövlət büdcəsinin təsdiqi zamanı üstünlüyə malik olan aşağı palatanın səlahiyyət müddəti oktyabrın 21-də başa çatır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts