Yaponiyada mənşəyi bilinməyən daha bir metal şar aşkarlanıb

Tokio, 2 mart , /AJMEDIA/

Yaponiyanın cənub-qərbində yerləşən Kaqoşima prefekturasının hakimiyyət orqanları adaların birinin sahilində metal şar aşkarlayıb.
AJMEDIA Fuji TV telekanalına istinadla xəbər verir ki, mənşəyi və təyinatı bilinməyən şarın diametri təxminən 1,5 metrə bərabərdir. Kaqoşima prefekturasının hakimiyyət orqanları onun içərisində boşluq olduğunu müəyyənləşdirib. Lakin ağırlığı səbəbindən şarı yerindən tərpətmək çətindir.
Fevralın 21-də ölkənin mərkəzi hissəsindəki Sidzuoka prefekturasının sahilində də oxşar metal şar tapılmışdı. Yerli orqanlar əvvəlcə onun partlaya biləcəyindən ehtiyatlansa da, sonradan şarın içərisində partlayıcı maddə aşkarlanmamışdı.
Şarların sahildə necə peyda olduğu barədə müəyyən fərziyyələr irəli sürülür, lakin hadisənin dəqiq səbəbi hələ qeyri-müəyyən olaraq qalır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts