Yaponiyada kiçik fasilə ilə iki güclü zəlzələ olub

Tokio, 4 aprel , /AJMEDIA/

Aprelin 4-də Yaponiyanın mərkəzi hissəsində yerləşən İşikava prefekturasında kiçik fasilə ilə iki güclü zəlzələ baş verib.

AJMEDIA Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, episentri İşikava prefekturasının Noto rayonunda yerləşən ilk zəlzələ yerli vaxtla saat 10:28-də, ikinci zəlzələ isə 11:18-də qeydə alınıb. Müvafiq olaraq 4,1 və 4,3 bal gücündə olan zəlzələlərin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Xatırladaq ki, martın 16-da Yaponiyanın şimal-şərq sahillərində 7,4 bal gücündə zəlzələ baş vermişdi. Ən güclü təkanlar atom elektrik stansiyalarının yerləşdiyi Fukuşima və Miyaqi prefekturalarında qeydə alınmışdı. Yeraltı təkanlar nəticəsində 4 nəfər həyatını itirmiş, 200-dən çoxu xəsarət almışdı.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts