Yaponiya millisi Xorvatiyaya, Braziliya seçməsi Koreya Respublikasına qarşı

Tokio, 5 dekabr , /AJMEDIA/

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatının pley-off mərhələsi çərçivəsində bu gün daha iki oyun keçiriləcək.
AJMEDIA xəbər verir ki, günün ilk matçında Yaponiya millisi Xorvatiya ilə üz-üzə gələcək. ABŞ-dan olan FIFA referisi İsmail Elfatın idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Günün sonuncu qarşılaşmasında isə Braziliya seçməsi Koreya Respublikası millisi ilə qarşılaşacaq. Oyunun baş hakimi fransalı Kleman Türpen olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bu cütlərin qalibi dörddəbir finalda bir-birinə rəqib olacaq.
Qeyd edək ki, artıq dörddəbir final mərhələsinin iki cütü müəyyənləşib. Belə ki, Niderland millisi Argentina, İngiltərə isə Fransa ilə qarşılaşacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts