Göygöldə cüdo üzrə Avropa Kuboku keçiriləcək

Tokio, 10 aprel , /AJMEDIA/

Azərbaycan növbəti dəfə cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna ev sahibliyi edəcək.

AJMEDIA xəbər verir ki, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqviminə daxil olan yarış mayın 4-5-də yenidən Göygöldə baş tutacaq.

Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu bildirib ki, yarışın regionda keçirilməsi cüdonun ölkəmizdə kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılması baxımından mühüm rol oynayır.

O, bu yarışın yeniyetmələrdən ibarət milli üzvlərinin öz peşəkarlıqlarını artırmaları, Avropa və dünya birinciliklərində iştirak edəcək heyətin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayacağını vurğulayıb.

Qeyd edək ki, turnir bitdikdən sonra yarışda iştirak edəcək ölkələrin idmançılarının iştirakı ilə mayın 6-8-də beynəlxalq təlim-məşq toplanışı təşkil olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts