V İslam Həmrəyliyi Oyunları: Azərbaycan komandası daha bir medal qazanıb

Tokio, 10 avqust , /AJMEDIA/

Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıb.
AJMEDIA xəbər verir ki, taekvondoçumuz Patimat Abakarova (49 kq) rəqibi Nigeriya təmsilçisi Farida Saumanı məğlub etməklə yarımfinala vəsiqə qazanıb.
Bununla da o, minimum bürünc medalı özü üçün təmin edib.
Qeyd edək ki, Azərbaycan komandası indiyədək 3 medal əldə edib. Atletika üzrə Anna Skidan (çəkicatma) qızıl, Aleksis Kopelyo (üç təkanla tullanma) gümüş və Həşim Məhəmmədov (taekvondo) isə bürünc medal qazanıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts