ÜST: Dünyada COVID-19-a yoluxmaların sayı həftə ərzində 24 faiz azalıb

Tokio, 13 aprel , /AJMEDIA/

Ötən həftə ərzində dünyada 7 milyondan çox insan koronavirusa yoluxub, 22 mindən çox insan bu xəstəlik səbəbindən ölüb. Ölüm hallarının sayı əvvəlki yeddi gün ilə müqayisədə 18 faiz, yoluxmaların sayı isə 24 faiz azalıb.

AJMEDIA bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülleteninə istinadla xəbər verir.

Aprelin 4-dən 10-dək ÜST-yə 7.221.651 nəfərin yoluxması və 22.336 ölüm faktı barədə məlumatlar daxil olub.

Əvvəlki həftə ilə (28 mart-3 aprel) müqayisədə yoluxanların sayında azalma ÜST-nin bütün altı regionunda qeydə alınıb. Bu, Avropada (mənfi 26 faiz), Amerikada (mənfi 26 faiz) və Afrikada (mənfi 17 faiz) özünü daha çox göstərib. Ölüm hallarının azalması da bütün regionlarda qeydə alınıb, bununla belə Afrikada (mənfi 73 faiz) və Qərbi Sakit okean regionunda (mənfi 21 faiz) xüsusi nəzərə çarpıb.

Həftə ərzində yoluxanların ən böyük sayı barədə Koreya Respublikası məlumat verib – 1.459.454. Sonrakı yerləri Almaniya (1.019.649), Fransa (927.073), Vyetnam (453.647) və İtaliya (447.322) tutur. ABŞ-da yeddi gün ərzində daha çox ölüm halları müəyyən edilib – 3.682 nəfər. ÜST-nin məlumatında xəbər verilir ki, bu siyahıda sonrakı yerlərdə Koreya Respublikası (2.186), Rusiya (2.008), Almaniya (1.686) və Braziliya (1.120) gəlir.

Təşkilatın həftəlik bülletenində deyilir ki, koronavirusun “omikron” ştamı dünyada dövr edən variantlar arasında üstünlük təşkil edən variant kimi qalmaqdadır. “GISAID” beynəlxalq məlumat bazasına əsasən, son 30 gün ərzində “omikron” aparılan təhlillər zamanı biomaterial nümunələrinin 99,2 faizində aşkarlanıb. ÜST bu ştamın növlərinin, o cümlədən “BA.1”, “BA.2”, “BA.3”, “BA.4” və “BA.5”, eləcə də “BA.1/BA.2.”nin “XE” kimi dövr edən rekombinasiya formalarının monitorinqinin aparılmasını” davam etdirir. Təşkilat ölkələri müşahidələri davam etdirməyə və məlumatları dərhal bölüşməyə çağırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts