Ukraynalı gimnast Nazar Çepurnyı Bakıda qızıl medal qazanıb

Tokio, 3 aprel , /AJMEDIA/

Ukrayna təmsilçisi Nazar Çepurnyı Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında qızıl medal qazanıb.
AJMEDIA xəbər verir ki, ukraynalı gimnastın dayaqlı tullanma yarışlarında final çıxışı hakimlər tərəfindən 15,016 xalla qiymətləndirilib.

İlk üçlüyü İsrail gimnastları qapayıblar. Belə ki, Andrey Medvedev 14,500 xalla gümüş, Artyom Dolqopyat isə 14,450 xalla bürünc medala sahib olublar.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil etdiyi dördüncü beynəlxalq yarışda 34 ölkədən 145 idmançı qüvvəsini sınayır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts