UEFA Konfrans Liqası: “Roma” səfərdə “Lester Siti”nin qonağı olacaq

Tokio, 28 aprel , /AJMEDIA/

Aprelin 28-də UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
AJMEDIA xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Turnirin pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Fransanın “Marsel” klubu Niderlandda “Feyenoord” ilə üz-üzə gələcək. Gecənin digər matçında İtaliyanın “Roma” klubu İngiltərədə “Lester Siti”in qonağı olacaq.
Qeyd edək ki, turnirin final görüşü mayın 25-də Albaniyanın paytaxtı Tiranada oynanılacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts