UEFA Çempionlar Liqası: Lionel Messi şəxsi rekordunu yeniləyib

Tokio, 6 oktyabr , /AJMEDIA/

Fransanın PSJ klubunun hücumçusu Lionel Messi UEFA Çempionlar Liqasındakı şəxsi rekordunu yeniləyib.
AJMEDIA xəbər verir ki, futbolçu buna qrup mərhələsi çərçivəsində Portuqaliyada “Benfika”ya qarşı keçirdikləri səfər oyununda qol vurmaqla nail olub.
Matçın 22-ci dəqiqəsində fərqlənən futbolçu turnirdə qol vurduğu komandaların sayını 40-a çatdırıb. Onun bu siyahıdakı ən yaxın izləyicisi Kriştiano Ronaldodur. Hazırda “Mançester Yunayted”də çıxış edən portuqaliyalı futbolçu Çempionlar Liqasında 38 komandaya qol vurub.
Messi turnirdə vurduğu qolların ümumi sayını 127-yə çatdırıb. Bu siyahıya da 140 qolla Kriştiano Ronaldo başçılıq edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts