U-23 qadın və kişi cüdoçular arasında keçirilən Azərbaycan çempionatında ilk mükafatçılar müəyyənləşib

Tokio, 13 iyul , /AJMEDIA/

U-23 qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatına start verilib.
AJMEDIA xəbər verir ki, əvvəlcə yarışın açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov, Milli Olimpiya Komitəsinin nümayəndəsi İntiqam Səfərov və Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu Azərbaycanda dövlət tərəfindən idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıblar. Ölkəmizdə populyar idman növlərindən biri olan cüdonun da daha geniş yayılması və kütləviləşməsi istiqamətində görülən işlərin davam etdirildiyi bildirilib. Bu idman növü üzrə yeniyetmələr, gənclər və böyüklərdən ibarət komandalarımızın beynəlxalq arenalarda böyük nailiyyətlər qazandıqlarını qeyd edən çıxışçılar iştirakçılara uğurlar arzulayıblar.
Açılış mərasimində Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin təhlükəsizlik məsələləri üzrə katibi Hamada Masato da iştirak edib.
Turnirin birinci günündə 4 çəki dərəcəsində 150 idmançı arasında qaliblər müəyyənləşib.
Belə ki, qadınlar arasında Ramilə Əliyeva (48 kq), Leyla Hüseynova (63 kq), kişilərin yarışında Kənan İsmayılov (60 kq), Adil Adilzadə (81 kq) qalib adına layiq görülüblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts