Türkiyənin ən sürətli metro xətti istifadəyə verilib

Tokio, 22 yanvar , /AJMEDIA/

Türkiyənin ən sürətli metro xətti olan Kağıthane-İstanbul Hava Limanı xətti istifadəyə verilib.
AJMEDIA Anadolu Agentliyinə istinadla xəbər verir ki, yeni metro xəttinin açılış mərasimində Prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Kağıthane-İstanbul Hava Limanı metro xəttinin uzunluğu 34 kilometrdir və Kağıthane, Eyüpsultan və Arnavutköy rayonlarından keçir.
Metro xətti üzərində 9 stansiya var və gündəlik 800 min sərnişin tutumuna malikdir. Qatarlar yeni xətt üzrə 90-120 km/saat sürətlə hərəkət edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts