Türkiyədə 7,6 bal gücündə yeni zəlzələ olub

Tokio, 6 fevral , /AJMEDIA/

Türkiyənin Kahramanmaraş vilayətinin Elbistan rayonunda yerli vaxtla saat 13:24-də 7,6 bal gücündə yeni zəlzələ baş verib.
AJMEDIA TRT telekanalına istinadla xəbər verir ki, qeydə alınan yeraltı təkanın afterşok deyil, yeni zəlzələ olduğu bildirilir.
Son məlumata görə, 10 vilayəti əhatə edən birinci zəlzələdə ölənlərin sayı 912 nəfərə, yaralananların sayı isə 5385 nəfərə çatıb. Dağıntılar altından indiyədək 2470 nəfər sağ çıxarılıb, 2818 bina dağılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts