Türkiyə yoldaşlıq görüşündə Avstriyaya məğlub olub

Tokio, 27 mart , /AJMEDIA/

Futbol üzrə Türkiyə millisi yoldaşlıq görüşündə Avstriya yığmasına böyük hesabla məğlub olub.

AJMEDIA xəbər verir ki, görüş Avropa çempionatına hazırlıq mərhələsi çərçivəsində Ernst-Happel stadionunda reallaşıb. Qarşılaşmada Avstriya yığması altı dəfə fərqlənib.

Qardaş ölkə bu qollardan yalnız birinin əvəzini çıxa bilib – 1:6.

Qeyd edək ki, Türkiyə qitə birinciliyində F qrupunda mübarizə aparacaq. Onun rəqibləri Gürcüstan, Çexiya və Portuqaliya yığmalarıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts