Türkiyə və Bolqarıstan arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Tokio, 3 yanvar , /AJMEDIA/

Türkiyə və Bolqarıstan arasında illik 1,5 milyard kubmetrə qədər təbii qaz ötürülməsini nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalanıb.

AJMEDIA bu barədə Türkiyənin “Haber Türk” telekanalına istinadən xəbər verir.

Enerji və təbii sərvətlər naziri Fatih Dönmez bildirib ki, bu müqavilənin müddəti 13 ildir: “İldə təxminən 1,5 milyard kubmetr qaz nəql olunacaq. Bu, başda Bolqarıstan olmaqla Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək, eyni zamanda Türkiyənin qaz mərkəzinə çevrilməsi üçün atılan mühüm addımlardan biridir”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts