Türkiyə PUA sahəsində Rusiya ilə əməkdaşlıq məsələsini nəzərdən keçirmir

Tokio, 29 iyul , /AJMEDIA/

Türkiyə hələlik Rusiya ilə pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalı ilə bağlı mümkün əməkdaşlıq məsələsini nəzərdən keçirmir.
AJMEDIA xəbər verir ki, “Hürriyet” qəzeti bu barədə Türkiyənin müdafiə sənayesinin rəhbəri İsmail Demirə istinadla məlumat yayıb.
“Bunun baş tutub-tutmayacağı barədə bir söz deyə bilmərəm. Hazırda gündəlikdə belə bir planımız yoxdur və bu istiqamətdə heç bir iş aparılmır. Proses Türkiyənin siyasəti çərçivəsində formalaşır, biz yalnız onun texniki tərəfləri ilə bağlı işlər görürük”, – deyə İsmail Demir Rusiya ilə PUA sahəsində əməkdaşlığın mümkünlüyü ilə bağlı sualı cavablandıran zaman bildirib.
CNN Türk telekanalının məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin iyulun 19-da Tehranda keçirilən görüş zamanı guya türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana “Baykar” PUA-larının istehsalı sahəsində əməkdaşlıq təklif edib. “Baykar” kompaniyasının rəhbəri Haluk Bayraktar isə daha öncə deyib ki, Türkiyə Rusiyaya pilotsuz uçuş aparatları verməyib və gələcəkdə də verməyəcək.
Türkiyə son illərdə təkcə öz silahlı qüvvələrinin ehtiyaclarını ödəmək üçün deyil, həm də ixrac üçün pilotsuz döyüş aparatlarının istehsalına başlayıb. Hazırda Türkiyənin “Bayraktar TB-2” PUA-ları altı dövlətin – Azərbaycan, Qətər, Liviya, Mərakeş, Polşa və Ukraynanın silahlı qüvvələrində istifadə olunur. Onlar ikinci Qarabağ müharibəsində, həmçinin Suriya və Liviyadakı döyüş əməliyyatlarında tətbiq edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts