Türkiyə jurnalistin qətli ilə bağlı cinayət işini Səudiyyə Ərəbistanına verib

Tokio, 7 aprel , /AJMEDIA/

Türkiyə jurnalist Camal Kaşıkçının öldürülməsi ilə bağlı məhkəmə işini dayandırıb və onu Səudiyyə Ərəbistanına təhvil verib.

AJMEDIA “Star” qəzetinə istinadla xəbər verir ki, Ədliyyə Nazirliyinin müsbət rəyindən sonra cinayət işinin Səudiyyə Ərəbistanına təhvil verilməsi barədə qərar qəbul edilib.

Xatırladaq ki, Camal Kaşıkçı 2018-ci ilin oktyabr ayında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilib. Ər-Riad jurnalistin diplomatik nümayəndəlik binasında yoxa çıxdığını inkar etsə də, video və səs yazılarının ortaya çıxmasından sonra onun konsulluq əməkdaşları ilə mübahisə zəminində öldürüldüyünü etiraf edib.

2020-ci ilin sentyabr ayında Səudiyyə Ərəbistanı məhkəməsi Camal Kaşıkçının qətli ilə bağlı cinayət işi üzrə yekun hökm çıxarıb. Nəticədə səkkiz müttəhimdən beşi 20 il, biri 10 il, ikisi isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts