Tbilisidə ermənilərin təxribata cəhdinin qarşısı alınıb

Tokio, 18 sentyabr , /AJMEDIA/

Gürcüstanda yaşayan bir qrup erməni Tbilisidə aksiya keçirməyə cəhd edib. Lakin onların bu cəhdi baş tutmayıb.
AJMEDIA xəbər verir ki, cəmi 20 nəfərə yaxın və əksəriyyəti qadınlardan ibarət olan qrup paytaxt metrosunun Ablavari stansiyasının yanında Azərbaycan səfirliyinin binasına qədər yürüş etməyə cəhd göstərib. Lakin Avropa meydanının yanında polislə qarşıdurma olub. Qarşıdurma və qarışıqlıq yaratmağa, təxribat törətməyə çalışan ermənilərin cəhdi hər zaman olduğu kimi, bu dəfə də baş tutmayıb. Erməni qadınlar küçələrdəki zibil qablarını dağıdıb, polisə qarşı güc tətbiq etməyə çalışıblar. Polis əllərində Ermənistan bayraqları tutan yürüş iştirakçılarının qarşısını Metexi körpüsü üzərində kəsib. Bu zaman polislə insident yaşanıb. Əraziyə çox sayda hüquq mühafizə orqanı əməkdaşı cəlb edilib. Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tbilisidə Heydər Əliyev parkının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Sonda ermənilərin aksiyası baş tutmayıb və onlar dağılmağa məcbur olublar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts