Tacikıstan-Qırğızıstan sərhədində atışma olub

Tokio, 14 iyun , /AJMEDIA/

Bu gün səhər saatlarında Tacikıstan və Qırğızıstan sərhədçiləri arasında atışma baş verib.
AJMEDIA xəbər verir ki, ASİA-Plus informasiya agentliyinin yerli sakinlərə istinadla yaydığı məlumata görə, atışma nəticəsində bir tacik sərhədçi həlak olub. Bu məlumat hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
Bildirilir ki, iki ölkənin sərhəd xidmətinin nümayəndələri arasında telefon danışıqları olub, müvafiq sərhəd dəstələrinin rəisləri hadisə yerinə gediblər.
Tacikıstan və Qırğızıstan sərhədinin uzunluğu 980 kilometrdən çoxdur. Sovet ittifaqının süqutundan sonra sərhəddə onlarla mübahisəli hissə qalıb. Delimitasiya və demarkasiya prosesi zamanı 663 kilometrdən çox hissədə sərhəd xətti müəyyələşdirilib və razılaşdırılıb. Bir sıra mübahisəli yerlərdə sərhəd rayonlarının sakinləri arasında zaman-zaman mübahisə və münaqişələr yaşanır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts