Stolüstü tennisçilərimiz Avropa çempionatında iştirak etmək üçün Serbiyaya yola düşüblər

Tokio, 5 iyul , /AJMEDIA/

Yeniyetmə stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizə aparacaq.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AJMEDIA-ya bildiriblər ki, seçmə komanda bu gün yarışın keçiriləcəyi Belqrad şəhərinə yola düşüb. Serbiyanın paytaxtında keçiriləcək mötəbər yarışda məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Adil Əhmədzadə, Hüseyn Eylazov və Onur Quluzadə etimadı doğrultmağa çalışacaqlar.
Sabah başlayacaq birincilikdə oğlanlardan ibarət komanda E qrupunda Avstriya və Sloveniya seçmələri ilə yarışacaq. Qızlardan ibarət Azərbaycan millisi isə H qrupunda İsveç, Yunanıstan və Monteneqro kollektivləri ilə mübarizə aparacaq.
İdmançılar komanda turniri ilə yanaşı fərdi, qoşa və qarışıq qoşa yarışlarında da bacarıqlarını göstərəcəklər. Beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova və Zaur Mikayılov da, Avropa çempionatında ölkəmizi təmsil edəcəklər.
Qitə birinciliyinə iyulun 16-da yekun vurulacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts