Şpaqa üzrə milli komandamızın üzvü Fransada keçirilən dünya kuboku yarışında 64-lüyə yüksəlib

Tokio, 16 aprel , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Şpaqa üzrə Azərbaycan milli komandasının üzvü Ruslan Həsənov Fransada keçirilən dünya kubokunun mərhələ yarışında 64-lüyə yüksəlib.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, qrup mərhələsini beş qələbə ilə baca çatdıran R.Həsənov pley-offda keçirdiyi ilk görüşdə macar Peter Farkasa (15:14), ardınca britaniyalı idmançı Jozef Çonqa (15:11) qalib gəlib. O, bu gün 32-liyə yüksəlmək uğrunda keçiriləcək görüşdə Macarıstan təmsilçisi Daniel Berta ilə qarşılaşacaq.
Qrupda iki qələbəsi olan Fərrux Səfərov pley-offda koreyalı Kim Myeongkiyə 10:15 hesabı ilə uduzub.
Qrup mərhələsində iki qələbə qazanan Barat Quliyev isə pley-offa adlaya bilməyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts