Slavyansk şəhərində yaşayış binasına atılan raket nəticəsində ölənlərin sayı 12-yə çatıb

Tokio, 16 aprel , /AJMEDIA/

Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərinə aprelin 14-də raket hücumu nəticəsində yaşayış binasında ölənlərin sayı 12-yə çatıb. Belə ki, Rusiyanın raket hücumu nəticəsində evin dağıntıları altından daha bir cəsəd çıxarılıb.
AJMEDIA xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Xilasedicilər kişi meyitini dağıntılar altından çıxarıblar.
Polisin məlumatına görə, dağıntılar altında daha üç nəfər ola bilər.
Hücum nəticəsində xəsarət alanların sayı 22-yə çatıb.
Hazırda həmin ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts