Sel və daşqınlar BƏƏ-nin üç əmirliyində həyatı iflic edib

Tokio, 28 iyul , /AJMEDIA/

Son bir sutka ərzində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şimal-qərb ərazilərində əlverişsiz hava şəraiti davam edir.
AJMEDIA rəsmi WAM agentliyinə istinadla xəbər verir ki, leysan yağışları və güclü sel bu ölkənin Şarjah, Fucarah və Rəs əl Xayma əmirliklərində həyatı iflic edib.
Şarjah əmirliyində bir çox istiqamətlərdə avtomobil nəqliyyatının hərəkəti dayanıb, bəzi yollar dağılıb. Təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün qonşu əmirliklərdən texnika və xilasedicilər cəlb olunub. Dubay Əmiri Məhəmməd bin Rəşid Al Maktum sel və daşqınlardan zərər görmüş insanlara yardım məqsədilə vəsait ayrıldığını bəyan edib.
BƏƏ-nin əmirliklərində sel və daşqınların fəsadlarının aradan qaldırılması tədbirləri davam edir. Rəsmi mənbələr tərəfindən dağıntı və tələfat barədə məlumat yayılmayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts