Rusiyada oktyabrın 30-dan noyabrın 7-dək qeyri-iş günləri elan olunub

Tokio, 21 Oktyabr, /AJMEDIA/

Rusiyada oktyabrın 30-dan noyabrın 7-dək qeyri-iş günü elan olunub.

AJMEDIA xəbər verir ki, Prezident Vladimir Putin hökumətin koronavirusla bağlı epidemioloji vəziyyətin ağırlaşmasını nəzərə alaraq irəli sürdüyü təklifi təsdiqləyib. V.Putin, həmçinin epidemioloji vəziyyət pisləşərsə, qeyri-iş günlərinin sayının artırılacağını da istisna etməyib.

Eyni zamanda, Rusiya hökuməti sədrinin müavini Andrey Belousov qeyri-iş günlərinin tətbiqindən Rusiya biznesinin gündəlik 4 milyard rubl, iqtisadiyyatının isə 60 milyard rubl itirəcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, ötən gün Rusiyada 34 073 nəfərdə COVID-19 aşkar edilib, 1028 nəfər həyatını itirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts