Ralli yürüşçüsü Kreyq Brin test yarışlarında həlak olub

Tokio, 14 aprel , /AJMEDIA/

“Hyundai” ralli komandasının pilotu Kreyq Brin Xorvatiyada WRC dünya çempionatı mərhələsindən əvvəl özəl testlərdə həlak olub.
AJMEDIA xəbər verir ki, Xorvatiya mətbuatının məlumatına görə, Brinin maşını sol tərəfdən dirəyə çırpılıb. İnsident zamanı onun şturmanı Ceyms Fulton zərər çəkməyib.
Kreyq Brin 2009-cu ildən ralli yürüşlərində, 2016-cı ildən isə WRC-nin yuxarı sinfində çıxış edirdi. O, WRC-də ümumilikdə 81 ralli keçirib və 8 dəfə podiuma qalxıb. Sonuncu dəfə, 2023-cü il mövsümünün ikinci mərhələsində İsveçdə finişə ikinci çatıb.
“Hyundai Motorsport” Xorvatiyada bu gün testlər zamanı baş verən qəzada Kreyq Brinin ölüm xəbərini dərin hüznlə təsdiqləyir. Şturman Ceyms Fulton hadisədə zərər çəkməyib.
“Hyundai Motorsport” Kreyqin ailəsinə, dostlarına və çoxsaylı pərəstişkarlarına dərin hüznlə başsağlığı verir”, – komandanın bəyanatında deyilir.
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd ben Sulayem də başsağlığı verərək deyib: “FIA-da olan hər kəs adından Kreyq Brinin özəl testlərdə həlak olması ilə əlaqədar onun ailəsinə və dostlarına dərin kədərimi bildirirəm”.
Formula 1 çempionatının pilotu Valtteri Bottas sosial şəbəkədəki hesablarında bu sözləri paylaşıb: “Sarsıdıcı xəbərdir. Ruhun şad olsun, Kreyq Brin”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts