Radik İsayev Avropa çempionatında mübarizəyə başlayır

Tokio, 22 may , /AJMEDIA/

Böyük Britaniyanın Mançester şəhərində keçirilən taekvondo və parataekvondo üzrə Avropa çempionatında Azərbaycan idmançılarının çıxışları davam edir.
AJMEDIA xəbər verir ki, yarışın son günü daha dörd idmançımız – Olimpiya çempionu Radik İsayev (87 kq yuxarı), Fatimə Məcidova (57 kq), Eltac Qafarov (74 kq) və parataekvondoçu Sadiq Həmidov (K-44 63 kq) mübarizəyə qatılacaqlar.
Qeyd edək ki, qitə çempionatında parataekvondoçularımız İmaməddin Xəlilov (K-44 70 kq) gümüş, Sabir Zeynalov (K44 58 kq) bürünc medal qazanıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts