Qurban Qurbanov: İnanıram ki, bizi qarşıda çox maraqlı oyunlar gözləyir

Tokio, 27 avqust , /AJMEDIA/

İnanıram ki, bizi qarşıda çox maraqlı oyunlar gözləyir.
AJMEDIA xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.
O, tezliklə rəqiblər barədə məlumat toplayacaqlarını söyləyib: “Birbaşa görünür ki, hər bir komandanın böyük şansı olacaq. “Frayburq”, “Nant” “böyük beşlik” ölkələrində çıxış edir. “Olimpiakos” həmişə iddialı komanda olub. Rəqiblərlə yaxın günlərdə tanış olacağıq. Onlara yaxından bələd olmaq, hər birinə qarşı düzgün hazırlaşmaq üçün maksimum çalışacağıq. Əgər istənilən komanda üzərində yaxşı nəticə əldə etmək şansımız varsa, bundan maksimum istifadə edəcəyik. Fərqli oyun sistemlərinə qarşı çıxış edəcəyik. Onlara qarşı yaxşı oyun sərgiləmək üçün futbolçularımla birlikdə əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinə sentyabrın 8-də start veriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts