Qurban Qurbanov: Azarkeşlərimizə səviyyəli futbol göstərdiyimiz üçün sevincliyik

Tokio, 15 mart , /AJMEDIA/

Məğlubiyyət bizim üçün üzücü oldu. Çünki həm evdəki, həm səfərdəki oyunlarda şansımız çox idi.

AJMEDIA xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada “Bayer”ə 2:3 hesabı ilə məğlub olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis bildirib ki, uduzsalar da, böyük təcrübə qazanıblar: “Bu il azarkeşlərimizə səviyyəli futbol göstərdiyimiz üçün sevincliyik. Onlara dəstəklərinə görə minnətdaram. İstərdik ki, bir mərhələ də irəliləyək, amma alınmadı. Hər bir halda futbolçularımdan razı qaldım”.

Qeyd edək ki, evdəki ilk matçda “Bayer” ilə 2:2 hesablı heç-heçə edən “Qarabağ” iki görüşün nəticəsinə əsasən Avropa Liqasında mübarizəni dayandırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts