“Qarabağ”ın futbolçusu Azərbaycan millisinin heyətindən çıxarılıb

Tokio, 19 mart , /AJMEDIA/

“FIFA series – Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

AJMEDIA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın futbolçusu Aleksey İsayev heyətdən çıxarılıb. Buna yarımmüdafiəçinin zədələnməsi səbəb olub.

Qeyd edək ki, Azərbaycan yığması turnirdəki ilk matçını martın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda Monqolustan seçməsinə qarşı keçirəcək. Görüş saat 20:00-da baş tutacaq. Kollektiv martın 25-i eyni saatda və eyni məkanda Bolqarıstanla üz-üzə gələcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts