“Qarabağ” – “Sürix” oyununa 25 min bilet satılıb

Tokio, 18 iyul , /AJMEDIA/

Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveçrənin “Sürix” komandası ilə ev oyununa bilet satışı davam edir.
AJMEDIA xəbər verir ki, iyulun 19-u Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüşə 25 min bilet satılıb.
Qeyd edək ki, oyun saat 20:00-da başlayacaq. Komandalar arasında cavab görüşü 1 həftə sonra İsveçrədə olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts