“Qarabağ” – “Nant” matçını albaniyalı hakimlər briqadası idarə edəcək

Tokio, 13 sentyabr , /AJMEDIA/

UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ”ın turnirin qrup mərhələsinin ikinci turunda Fransanın “Nant” klubuna qarşı keçirəcəyi oyununu idarə edəcək hakimlər açıqlanıb.
AJMEDIA xəbər verir ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Enea Jorgji olacaq. Ona Denis Rexha və Ridiger Çokaj kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Juxhin Xhaja yerinə yetirəcək.
“Qarabağ” – “Nant” matçı saat 20:45-də başlayacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts