“Qətər-2022”: Bu gün daha 3 oyun keçiriləcək

Tokio, 21 noyabr , /AJMEDIA/

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək.
AJMEDIA xəbər verir ki, günün ilk matçı B qrupunda İngiltərə və İran milli komandaları arasında oynanılacaq. Dohadakı “Xəlifə” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Matçı braziliyalı Rafael Klaus idarə edəcək.
A qrupunun ikinci matçında Niderland yığması Seneqalla qarşılaşacaq. “Al-Tumama” arenasındakı oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bu qrupun və mundialın ilk görüşündə ev sahibi Qətər Ekvador yığmasına 0:2 hesabı ilə uduzub. Seneqal – Niderland oyunu braziliyalı hakim Uilton Sampayoya tapşırılıb.
Günün sonuncu matçında ABŞ millisi Uelsi sınağa çəkəcək. “Əhməd ibn Əli” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu qətərli hakim Andulrahman İbrahim Əl-Cassim idarə edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts