“PSJ” 11-ci dəfə Fransa Superkubokunu qazanıb

Tokio, 1 avqust , /AJMEDIA/

“Paris Sen-Jermen” futbol klubu Fransa Superkuboku uğrunda keçirilən oyunda “Nant” komandasını 4:0 hesabı ilə məğlub edib.
AJMEDIA xarici KİV-ə istinadla xəbər verir ki, görüş Təl-Əvivdə yerləşən “Blumfild” stadionunda keçirilib.
Oyunda hesabı 22-ci dəqiqədə Lionel Messi açıb. Digər qolları Neymar (45+6, 82, penaltidən) və Serxio Ramos (57) vurublar.
Bununla da “PSJ” Fransa Superkubokunda 11-ci dəfə qalib olub. Qeyd edək ki, Paris klubu bu göstərici üzrə rekorda sahibdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts