Netanyahu HƏMAS-ın 24 batalyonundan 17-nin məhv edildiyini bildirib

Tokio, 4 fevral , /AJMEDIA/

İsrail ordusu oktyabrın 7-də münaqişə başlayan zaman anklavda (Qəzza – red.) mövcud olan 24 HƏMAS batalyonundan 17-ni məhv edib.

AJMEDIA xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında bildirib.

“Mən siyasətimizi aydınlaşdırmaq istəyirəm: ilk növbədə əsas məqsədimiz HƏMAS-ın məhv edilməsidir. Bu məqsədə çatmaq üçün HƏMAS-ın batalyonlarının azaldılması lazımdır. Bu günə kimi biz 24 batalyondan 17-ni məhv etmişik. HƏMAS-ın qalan batalyonlarının çoxu Qəzza zolağının cənubunda və Rəfahdadır. Onlara da vaxt çatacaq”, – deyə Netanyahu əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts