“Neftçi” – “Spartak” oyunu ləğv olunub

Tokio, 23 mart , /AJMEDIA/

Bu gün keçirilməli olan “Neftçi” – “Spartak” (Moskva) yoldaşlıq oyunu Rusiya klubunun xahişi ilə ləğv olunub.

Bakı klubundan AJMEDIA-ya verilən məlumata görə, buna səbəb Moskvada ötən gün baş vermiş terror aktı və çox sayda insanın həlak olmasıdır.

Paytaxt təmsilçisindən bildirilib ki, matç üçün alınmış biletlər qaytarılacaq.

Qeyd edək ki, “Neftçi” və “Spartak” arasında yoldaşlıq görüşü bu gün saat 18:00-da keçiriləcəkdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts