Tokio, 26 yanvar , /AJMEDIA/
Bakının “Neftçi” klubu yeni futbolçunu transfer edib.
Klubun mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakı təmsilçisi braziliyalı Mateus Saldanya ilə müqavilə imzalayıb.
Oyunçunun son klubu Yaponiyanın “Cef Yunayted Çiba” komandası olub. O, Yaponiya liqasında keçirdiyi 47 oyunda 4 qola imza atıb.