NASA “Artemida-1” raketinin buraxılışını şənbə gününə keçirib

Tokio, 31 avqust , /AJMEDIA/

Aya tarixi missiyanın bazar ertəsinə planlaşdırılan startı mühərriklə bağlı problemlər üzündən ləğv edilib. Bundan sonra NASA “Artemida-1” raketinin buraxılışını şənbə gününə keçirildiyini elan edib.
NASA-nın tviter səhifəsində yerləşdirilmiş məlumatda deyilir: “İndi biz “Artemida-1” uçuş sınaqlarını şənbə günü, sentyabrın 3-nə keçirmişik. İkisaatlıq buraxılış “pəncərəsi” Şərq vaxtı ilə saat 14:17-də başlanacaq”.
AJMEDIA xəbər verir ki, pilotsuz “Orion” kosmik gəmisinin 42 günlük missiyası insanların Aya qayıtmasına yol açacaq. “Artemida-1” gəmisinin bazar ertəsi nəzərdə tutulan buraxılışı 4 mühərrikdən ibarət kosmik sistemin 3 nömrəli mühərrikində hidrogen yanacağının temperaturu ilə bağlı problemlər üzündən təxirə salınıb. Missiyanın rəhbərləri çərşənbə axşamı yenilənmiş informasiyanı elan ediblər. Bildirilir ki, dörd RSD-25 mühərrikinin birində lazımi temperatur diapazonu əldə edilə bilməyib. Menecerlərin fikrincə, bu problemlər səhv göstəricilər verən cihazlarda nasazlıqla bağlı ola bilər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts