Macarıstan hökumətinin rəhbəri vətəndaşlara yenidən müraciət edərək peyvəndlənməyə çağırıb

Tokio, 25 dekabr, /AJMEDIA/

Koronavirus pandemiyasının dördüncü dalğasının səciyyəvi cəhəti omikron variantının geniş yayılmasıdır. Tezliklə bu dalğa pik həddinə çatacaq, sonra isə zəifləyəcək.

AJMEDIA xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bəyan edib. Hökumət başçısı bu gün “Koşut” ictimai radiosuna müsahibəsində deyib ki, koronavirus hələ də insanların həyatına son qoyur, lakin vəziyyət bir il əvvəlki kimi faciəvi deyil. Baş nazir bayramlar ərəfəsində vaksinasiyanın vacibliyini vurğulayaraq deyib: “Vaksindən başqa xilas yolu yoxdur. Əgər biz Milad bayramını ailəmizlə bir süfrə arxasında keçirmək, özümüzü təhlükəsizlikdə hiss etmək istəyiriksə, onda uşaqlar, valideynlər, nənələr və babalar peyvəndlənməlidirlər”.

Orban xatırladıb ki, ekspertlərin fikrincə, ölkə epidemiyanın dördüncü dalğasının pik həddindədir, lakin istənilən halda o zəifləyəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts