Luis Suares Braziliya klubunda

Tokio, 1 yanvar , /AJMEDIA/

Uruqvay millisinin hücumçusu Luis Suaresin yeni klubu müəyyənləşib.
AJMEDIA xəbər verir ki, 35 yaşlı futbolçu karyerasını “Qremio”da davam etdirəcək.
Bu barədə Braziliya klubunun rəsmi saytı məlumat yayıb. O, yeni klubu ilə ikiillik müqavilə imzalayıb.
Suares ötən ilin yayından Uruqvay “Nasional”ında çıxış edirdi. Onun bu klubla müqaviləsi ilin sonunadək idi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts