Kriştianu Ronaldu “Manchester United” klubundan getmək qərarına gəlib

Tokio, 28 iyul , /AJMEDIA/

İngiltərənin “Manchester United” klubunun portuqaliyalı ulduzu Kriştianu Ronaldu çox güman ki, artıq bu yay “qırmızı şeytanların” sıralarını tərk edəcək.
AJMEDIA Böyük Britaniyanın “The Times” qəzetinə istinadla xəbər verir ki, bütün təlim-məşq toplanışlarını və yoldaşlıq görüşlərini buraxan portuqaliyalı hücumçu, nəhayət, komandaya qayıdaraq gələcəyini müzakirə etmək qərarına gəlib.
“Manchester United” klubunun yeni baş məşqçisi Erik ten Haq portuqaliyalını komandada saxlamağa çalışıb. Lakin nə məşqçi, nə də klub menecerləri onu komandada qalmağa razı sala bilməyib. Kriştianu Ronaldunu “qırmızı şeytanların” sıralarından ayrılmasını komandanın gələn mövsüm Çempionlar Liqasında oynamayacağı ilə əsaslandırıb.
Klub rəhbərliyi hücumçunun istəyinə hörmətlə yanaşaraq onun nümayəndələrinin transfer və ya icarə variantları axtarmasına icazə verib. Buna baxmayaraq, niderlandlı məşqçi hələ də Kriştianu Ronaldunun klubda qalacağına və komandanın əsas oyunçusu olacağına ümid bəsləyir.
Futbol üzrə Portuqaliya yığmasının 37 yaşlı kapitanı 2021-ci il avqustun 31-də İngiltərə Premyer Liqasında çıxış edən “Manchester United” klubuna transfer edilib. O, peşəkar karyerası ərzində rəsmi oyunlarda 800-dən çox qol vuran ilk futbolçu olub. Kriştianu Ronaldu 2022-ci ilin aprelində İngiltərə Premyer Liqasında ayın ən yaxşı oyunçusu seçilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts