Kiyevə raket hücumu nəticəsində 10-a yaxın insan həlak olub

Tokio, 10 oktyabr , /AJMEDIA/

Oktyabrın 10-da səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə 10-a yaxın raket atılıb. Bu raketlərdən biri şəhərin mərkəzində “Kliçko körpüsü” adlandırılan piyada körpüsüdür. Körpü tamamilə dağılıb.
AJMEDIA xəbər verir ki, ilkin məlumata görə, nəticədə 10-a yaxın insan həlak olub, onlarla şəxs yaralanıb, infrastruktura ciddi ziyan dəyib.
Həmçinin Dnepr, Jitomir, Lvov və digər iri şəhərlər də raket hücumuna məruz qalıb.
Qeyd edək ki, bu hücum müharibənin başladığı dövrdən Kiyevə ən genişmiqyaslı raket hücumudur. Bu günədək Kiyevə eyni anda bu qədər raket atılmamışdı.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts