İtaliya voleybol yığması dördqat dünya çempionu olub

Tokio, 12 sentyabr , /AJMEDIA/

Polşa və Sloveniyada kişi voleybolçular arasında keçirilən dünya çempionatının qalibi müəyyənləşib.
AJMEDIA xəbər verir ki, İtaliya milli komandası tarixində 4-cü dəfə dünya çempionu olub.
Görüşdə qalib komandanın rəqibi Polşa yığması olub. Katovitse şəhərində keçirilən qarşılaşmanın ilk setindən meydan sahibləri üstün ayrılıb – 25:22. Lakin sonrakı setlərdə İtaliya millisi 25:21, 25:18 və 25:20 hesablı qələbələr qazanaraq, 24 ildən sonra dünya çempionu olmağı bacarıb. Bu komanda ilk 3 “qızıl”ını 1990, 1994 və 1998-ci illərdə əldə edib.
Bürünc medalı isə 3-cü yer uğrunda görüşdə Sloveniyanı 3:1 (25:18, 25:18, 22:25, 25:18) hesabı ilə yenən Braziliya qazanıb. Cənubi amerikalılar ardıcıl 6-cı mundialın medalını əldə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts