İsveçdə ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən 9 ölkədən 15 nəfər koronavirusa yoluxub

Tokio, 15 dekabr, /AJMEDIA/

İsveçdə ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən 9 ölkədən 15 nəfər koronavirusa yoluxub.

AJMEDIA İsveç KİV-nə istinadla xəbər verir ki, İsveçin paytaxtında 56 ölkənin xarici işlər orqanı rəhbərlərinin qatıldığı görüşdə jurnalistlər və ekspertlər də iştirak ediblər.

Görülən tədbirlərə baxmayaraq, ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası başa çatdıqdan dərhal sonra koronavirusa yoluxan qonaqlarla bağlı ilk məlumatlar ortaya çıxıb. Hazırda doqquz fərqli ölkədən olan iclasın 15 iştirakçısında koronavirus aşkar edilib. Onların arasında Finlandiyanın xarici işlər naziri Pekka Haavisto da var.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts