İstanbulda məhkəmə binasına terror hücumunun qarşısı alınıb

Tokio, 6 fevral , /AJMEDIA/

İstanbulda Çağlayan rayon məhkəməsinin girişindəki təhlükəsizlik postuna silahlı hücum edilib.

AJMEDIA Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün sosial media hesabında yazıb.

Hadisə yerli vaxtla saat 11:46-da baş verib. Hücum edən şəxslərin hər ikisi – bir kişi və bir qadın öldürülüb. Hadisə nəticəsində, həmçinin üçü polis olmaqla, altı nəfər yaralanıb.

Ali Yerlikaya hücum edənlərin DHKP/C terror təşkilatının üzvləri olduğunu bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts