İsrail və ABŞ prezidentləri Ağ evdə İran məsələsini müzakirə ediblər

Tokio, 27 oktyabr , /AJMEDIA/

İsrail Prezidenti İshaq Hersoq ABŞ lideri Cozef Baydenlə Ağ evdə keçirilən görüşü zamanı İranla bağlı məsələləri müzakirə edib.
AJMEDIA Amerika mediasına istinadla xəbər verir ki, bu barədə İshaq Hersoq görüşdən sonra jurnalistlərə bildirib.
“İran öz vətəndaşlarını sıxışdırmaqla yanaşı, həm də nüvə silahı əldə etməyə çalışır. İrandakı vəziyyət ciddi müzakirə mövzusudur”, – İsrail prezidenti belə deyib.
Bir müddət öncə ABŞ-ın Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi bildirib ki, Prezident Cozef Bayden İranın nüvə silahı əldə etməsinə imkan vermək niyyətində deyil. “Prezident buna nail olmaq üçün diplomatiyanın ən yaxşı vasitə olduğuna inanır”, – deyə Con Kirbi qeyd edib.
O, eyni zamanda, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının şərtlərinə tezliklə əməl edəcəyinə inanmadığını da vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts