İspaniya La Liqası: Madrid derbisinin qalibi müəyyənləşib

Tokio, 19 sentyabr , /AJMEDIA/

Futbol üzrə İspaniya La Liqasının 6-cı turunun mərkəzi görüşü keçirilib.
AJMEDIA xəbər verir ki, “Atletiko Madrid” klubu “Vanda Metropolitano”da “Real Madrid”i qəbul edib.
Görüş qonaqların qələbəsi ilə başa çatıb – 1:2. “Real”ın heyətində Rodriqo və Federiko Valverde fərqləniblər. “Atletiko”nun heyətində isə təsəlli qolunu Mario Hermoso vurub.
Bu qələbə sayəsində xal ehtiyatını 18-ə çatdıran “Real” turnir cədvəlində liderliyini davam etdirir. “Atletiko” isə 10 xalla yeddinci yerdə qərarlaşıb.
Qeyd edək ki, cari mövsüm iddialı çıxış edən “Barselona” klubu qələbələrini sıralamağda davam edir. Kataloniya təmsilçisi səfərdə “Elçe” komandasını 3-0 hesabıyla məğlub edib. Bu nəticələrdən sonra “Real Madrid” 18 xalla 1-ci, “Barselona” 16 xalla 2-ci, “Betis” isə 15 xalla 3-cüdür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts