İranda qatar qəzasında 17 nəfər ölüb

Tokio, 8 iyun , /AJMEDIA/

İranda baş verən qatar qəzasında ölənlərin sayı 17 nəfərə çatıb.

AJMEDIA xəbər verir ki, Məşhəd-Yəzd istiqamətində hərəkət edən sərnişin qatarı Tabas şəhəri yaxınlığında relsdən çıxıb. Qəza nəticəsində 10 nəfər yerində, 7 nəfər isə xəstəxanada dünyasını dəyişib. Qatardan çıxarılanlar arasında 50 yaralı olub. Onlardan 20-nin vəziyyəti ağırdır.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.
Qəzanın qatarın yolda işləyən ekskavatorla toqquşması səbəbindən baş verdiyi göstərilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts