İngiltərədə Mühafizəkarlar Partiyasına rəhbərlik etmək üçün 11 siyasətçi namizədliyini açıqlayıb

Tokio, 11 iyul , /AJMEDIA/

Boris Conson İngiltərədə Mühafizəkarlar Partiyasının rəhbərliyindən istefa verdiyini elan etdikdən sonra 11 siyasətçi partiyaya rəhbərlik etmək üçün namizədliyini açıqlayıb.
AJMEDIA xəbər verir ki, keçmiş səhiyyə və sosial müdafiə üzrə dövlət naziri olan Səcid Cavid və keçmiş maliyyə naziri Rişi Sunak partiya liderliyi uğrunda mübarizə aparacaqlarını elan ediblər. Bu iki adla yanaşı, kabinetdə fəaliyyət göstərməyən Tom Tugendhat və hüquqi işlərdən məsul olan Suella Braverman, nəqliyyat naziri Qrant Şapps, yeni təyin olunan maliyyə naziri Nadim Zahavi, keçmiş dövlət katibi Ceremi Hant və ticarət naziri Penni Mordaunt, xarici işlər naziri Liz Tras, daxili işlər naziri Priti Patel və din və icmalar üzrə dövlət naziri Kemi Badenoch da namizədliklərini açıqlayıblar.
Cavid, Hant, Zahavi və Şapps vergilərin azaldılmasının tərəfdarı olduqlarını bildiriblər.
Mühafizəkarlar Partiyasının rəhbərliyinin seçilməsi 1922 Komissiya adlı komitə tərəfindən təşkil edilir. Sentyabrda partiyanın və ölkənin yeni liderinin müəyyənləşəcəyi gözlənilir.
Xatırladaq ki, Boris Conson iyulun 7-də Baş nazir vəzifəsindən və Mühafizəkarlar Partiyasının rəhbərliyindən istefa verdiyini bildirmişdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts