İndoneziya dənizdə qayıqda aşkar edilən rohinca müsəlmanlarını qəbul etməyə razılıq verib

Tokio, 30 dekabr, /AJMEDIA/

İndoneziya hökuməti dənizdəki qayıqda aşkar edilən Myanmadan olan qaçqın rohinca müsəlmanlarını qəbul etməyə razılıq verib.

AJMEDIA ANTARA agentliyinə istinadla xəbər verir ki, təqribən 120 rohincanın olduğu taxta qayıq İndoneziyanın qərbində yerləşən Açex əyalətinin sahillərində mühərriki sınmış vəziyyətdə tapılıb. Qayıqdakıların əksəriyyəti qadınlar və uşaqlardır.

BMT–nin Qaçqınlar Üzrə Agentliyi və “Amnesty International” təşkilatı İndoneziya hökumətinə müraciət edərək, onları qəbul etməyi xahiş edib.

Xatırladaq ki, Myanmada məskunlaşan rohinca müsəlmanları artıq uzun müddətdir ağır şəraitdə yaşayırlar. 2017-ci ilin hərbi irticası zamanı təqribən 700 mindən çox rohinca təqiblərdən yaxa qurtarmaq üçün qonşu Banqladeşə qaçmağa məcbur olub.

Cari ilin fevralında baş verən hərbi çevriliş onların yaxın vaxtlarda doğma evlərinə dönmək ümidlərini heçə endirib. Ölkədə qalanlar isə qonşuluqdakı Malayziyaya və digər ölkələrə sığınmağa çalışırlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts